Məsuliyyətli Oyun
- Qumar bəzən həddindən artıq oynama istəyinə çevrilə və asılılığa yol aça və həyatınızda bir sıra mənfi təsirlərə səbəb ola bilər.
- Şans oyunlarından asılılıq impuls nəzarət pozğunluğu kimi təsnif edilir, lakin bu müalicə oluna bilən bir psixoloji vəziyyətdir. İnsanların çoxu qumar fəaliyyətini məsuliyyətlə idarə edir və asılılıq riski daşımır, bununla belə diqqətli olmaq vacibdir. Əgər mərc və kazino həyatınızın əhəmiyyətli bir hissəsinə çevrilibsə, vərdişlərinizə nəzarət etmək üçün tədbirlər görməyiniz zəruridir.
- Mostbet şans oyunlarını yalnız əyləncə məqsədli oynamağınızı və ona gəlir vasitəsi kimi baxmamağınızı tövsiyə edir.
- Qumar asılılığı ailə münasibətlərinə, işə, təhsil nailiyyətlərinə mənfi təsir göstərə və hətta, ciddi maliyyə itkilərinə və ya cinayət əməllərinə gətirib çıxara bilər.
- Oynayarkən nəzarəti əldə saxlamaq və asılılıq riskini azaltmaq üçün aşağıdakı məsləhətləri nəzərə alın:
- Hər zaman sadəcə əyləncə üçün oynayın.
- Oynamağa başlamazdan əvvəl özünüz üçün müəyyən vaxt və pul limitləri müəyyən edin.
- İtirdiyiniz halda üzülməyəcəyiniz miqdarda pulla oynayın.
- İtirdiyinizi vəsaiti geri qazanmağa çalışmayın.
- Alkoqol və ya digər maddələrin təsiri altında qumar oynamayın.
- Şəxsi hesabınızdakı alətlərdən istifadə edərək kazinoda sərf etdiyiniz vaxtı və pulu izləyə bilərsiniz. “Mərc tarixçəsi” bölməsində siz mərcinizi, pul vəsaitlərini, depozit tarixçənizi və cari balansınızı görə bilərsiniz. Müxtəlif filtrlər daha dəqiq axtarışlara imkan verir, beləcə nə vaxt və nə qədər mərc etdiyinizi, nə qazandığınızı və nəyi itirdiyinizi nəzarətdə saxlaya bilərsiniz.
Özünüzü Yoxlamaq Üçün Suallar
Oyun vərdişlərinizi qiymətləndirmək və sizdə asılılığın olub-olmadığını müəyyən etmək üçün aşağıdakı suallara cavab verin:
- İndiyədək kimsə tərəfindən mərc oynamağınıza görə tənqid edilmisiniz?
- Heç mərc və kazino oyunkarını sərf etdiyiniz vaxtı və pulu gizlətmək üçün yalan danışmısınızmı?
- Həyatınızda üzləşdiyini mübahisələr, məyusluqlar və ya narahatlıqlar sizi qumara sövq edirmi?
- Uzun müddət təkbaşına qumar oynayırsınız?
- Mərc oyunlarına görə işinizdə axsamalar baş veribmi?
- Monoton, sıxıcı həyatdan qaçmaq və ya depressiv durumdan çıxmaq üçün oynayırsınız?
- Mərc üçün nəzərdə tutduğunuz pulu başqa şeylərə xərcləməkdə tərəddüd edirsiniz?
- Qumar səbəbilə ailənizə, dostlarınıza etinasız yanaşır və ya hobbinizə marağınızı itirmisiniz?
- Uduzandan sonra mümkün qədər tez şəkildə yenidən oynamağa meyliniz varmı?
- Qumar oynayarkən pulunuz tükəndikdə, məyus və ümidsiz hiss edir və yenidən qumar oynamaq istəyirsiniz?
- Bütün pulunuzu itirənə qədər oynamağa davam edirsiniz?
- Oyun oynamaq və ya borclarınızı geri ödəmək üçün kimlərisə aldatmısınız, oğurluq etmisiniz və ya borc almısınız?
- Mərc etdiyiniz üçün özünüzü qəmgin hiss edir və ya depressiya yaşayırsınız?
Bu suallardan ən azı ikisinə “bəli” cavabını verdinizsə, qumar asılılığı üzrə ixtisaslaşmış təşkilatlardan kömək istəmənizi tövsiyə edirik. Aşağıda qeyd olunmuş bütün təşkilatlar məxfiliyinizi qorumaqla, sizə yardım göstərməyə hazırdılar.
Peşəkar Yardım
Özünüzə və ya yaxınınıza oyun asılılığı ilə bağlı dəstək ehtiyacı varsa, aşağıdakı təşkilatlarla əlaqə saxlaya bilərsiniz:
- GamCare: Dəstək və konsultasiya xidmətləri verən tanınmış xeyriyyə təşkilatı. Əlavə məlumat üçün +44 808 8020 133 nömrəsinə zəng edin və ya www.gamcare.org.uk saytına daxil olun.
- Gambling Therapy: Asılılıqla mübarizə aparan oyunçular üçün onlayn forum təklif edir.
- Gamblers Anonymous: Aludəçilik problemlərini həll etmək üçün bir araya gələn insanların beynəlxalq birliyi.
- BeGambleAware: İnsanları qumar asılılığının potensial təhlükələri ilə bağlı maarifləndirmək məsələləri ilə məşğuldur.
- GamBlock: Mərc və kazino saytlarına girişi bloklamaq üçün müvafiq xidmətlər təklif edir.
Platformanın xidmətlərindən istifadəni dayandırmaq və şəxsi hesabınızı bağlamaq istəyirsinizsə, müəyyən bir müddətə və ya daimi olaraq girişin məhdudlaşdırılması üçün Mostbet dəstək komandası ilə əlaqə saxlayın. Müddət göstərilməzsə, girişin məhdudlaşdırması müddəti şirkət tərəfindən təyin ediləcəkdir.
Özünü Kənarlaşdırmanın Tətbiqi
Qumarını nəzarət altında saxlaya bilməyən müştərilər 6 aydan 5 ilə qədər və ya daimi olaraq özünü məhdudlaşdırma seçə bilərlər. Nəzərə alın ki:
- Bu müddət ərzində nə depozit edə, nə də mərclər edə bilməyəcəksiniz.
- Özünü kənarlaşdırma qərarı verildiyi andan şirkətin Məsuliyyətli Oyun siyasətinə əsasən onun tətbiqi məcburidir. Bu səbəbdən, qərarınız dəyişsə belə, təyin edilən müddət bitmədən əvvəl sayta giriş imkanınız olacaq.
- Təyin edilmiş müddət ərzində, həmçinin sizinlə əlaqəli digər hesablar izlənəcək və əlaqəli hesablar aşkar olunarsa, onlar da bağlanacaq ki, sayta giriş imkanınız olmasın.
- Özünü kənarlaşdırmadan sonra hesabınızda müsbət qalıq balansı mövcud olsa, onu çıxarmaq imkanınız var.
- Yeni məlumatlarla yeni hesabların yaradılmasının qarşısını almaq üçün əlaqə məlumatlarınızı yeniləyin. Qeyri-dəqiq məlumatlar təqdim edildikdə, yaxud əlaqə məlumatlarınız yenilənmədiyinizə görə yarana biləcək itkilər və ya digər hallarla əlaqədar Mostbet məsuliyyət daşımır.
- Özünü kənarlaşdırma müddəti bitdikdən sonra yenidən şirkətin xidmətlərindən istifadə etmək qərarına düşsəniz, bu halda şirkət sizə xidmət göstərməkdən imtina etmək hüququnu özündə saxlayır.
Dəstək komandası tələbinizi ən qısa zamanda yerinə yetirməyə çalışır, lakin əməliyyat müddəti dəyişə bilər. Hesabın bağlanmasından və ya özünü kənarlaşdırma müddətinin başlamasından əvvəl yaranan maliyyə itkilərinə görə Mostbet məsuliyyət daşımır. Özünü kənarlaşdırma, dəstək komandasından təsdiq alındığı andan sonra qüvvəyə minir. Əgər təsdiq almamısınızsa və ya hələ də girişiniz varsa, müştəri xidmətləri ilə dərhal əlaqə saxlamağınız xahiş olunur.
Məsuliyyətli Oyun Öhdəliyi
Mostbet asılılığa meylli olan və ya asılılığın inkişafı riski daşıyan müştəriləri müəyyən etmək üçün müştəri davranışını izləmək hüququnu özümüzdə saxlayır. Asılılıqdan qorumaq və ya onun yaranmasının qarşısını almaq üçün şirkət qabaqlayıcı tədbir olaraq girişə məhdudiyyət qoya və xidmətlərdən istifadənin limitləyə bilər.
Şirkət azyaşlıların xidməttlərindən istifadəsinə qətiyyən icazə vermir. Eyni zamanda, azyaşlılara və əqli qüsurlu şəxslərə məhsulların və xidmətlərin reklam edilmir. Əgər cihazlarınızı başqaları, xüsusilə də azyaşlılarla paylaşırısınızsa, şifrələrinizi mütəmadi olaraq yeniləyin və giriş məlumatlarını onlarla paylaşmamağa diqqət yetirin.
