Şəxsi Hesabın Yaradılması və Hesab İdarəçiliyi

  1. Yalnız fiziki şəxslərə Bukmeker Şirkətinin Müştərisi olmaq imkanı verilir.
  2. Müştəri olmaq üçün fiziki şəxs qeydiyyatdan keçirməli və hesab yaratma prosesi zamanı aşağıda qeyd olunan məlumatları təqdim etməlidir:
  • Doğum tarixi;
  • Adı və soyadı;
  • Cari ünvanı;
  • Cari e-poçt ünvanı (təsdiq üçün avtomatik e-poçt göndəriləcək);
  • Cari telefon nömrəsi (təsdiq üçün SMS ilə birdəfəlik şifrə göndəriləcək).
  1. Qeydiyyat prosesində verilən bütün məlumatlar dəqiq və doğru olmalıdır. Şəxsi Hesab yaradaraq, oyunçu təqdim etdiyi məlumatların etibarlı və düzgün olduğunu təsdiqləyir. Şirkət, öz qərarına əsasən, Şəxsi Hesabın qeydiyyatından imtina etmək hüququna malikdir.
  2. Şəxsi Hesabı yaratmazdan əvvəl, istifadəçi mövcud Qaydaları oxumalı və oxuduğunu təsdiq etməlidir.
  3. Şəxsi hesabın qeydiyyatı və Müştəri statusu qazanmaqla, oyunçu öz ölkəsindəki mərc oyunlarına dair qanunlardan xəbərdar olduğunu və Şirkətin müştərisi olmaq üçün şüurlu qərar verdiyini təsdiq edir.
  4. Qeydiyyat zamanı şəxs bu Qaydalarda göstərilən məhdudiyyətlərə tabe olmadığını bəyan edir. Əgər qeydiyyatdan sonra platformanın istfadəsinin qadağan olunduğu şəxslər kateqoriyasına daxil olarsa, dərhal bu barədə şirkətə məlumat verməli və xidmətlərdən istifadəni dayandırmalıdır.

Şəxsi Məlumatların Təsdiqi

  1. Müştərinin təqdim etdiyi məlumatları yoxlamaq, yeniləmək və ya Şirkətin və tərəfdaşlarının saytında etdiyi fəaliyyətləri təsdiqləmək məqsədilə, Mostbet öz mülahizəsinə əsasən müştəridən şəxsiyyətini və ya digər məlumatlarını təsdiq edən sənədlər tələb edə bilər. Şirkət, həmçinin Müştəridən video identifikasiya prosedurundan keçməyi və ödənişləri ləğv etməyi/dondurmağı və bütün məlumatlar və fəaliyyətlər tam yoxlanılana qədər şəxsi hesabı bloklamağı haqqına sahibdir.
  2. Şirkət, lazım gəldikdə, müştəridən sənədlərinin (təsdiqlənmiş nüsxələr də daxil olmaqla) poçt vasitəsilə göndərilməsini istəyə bilər. Əlavə yoxlama prosedurlarından imtina və ya yayınma, Şəxsi Hesabın bloklanmasına səbəb olacaq.
  3. Bukmeker Şirkətinin Müştərisi olmaq istəyən şəxslərə, lazım olarsa, təsdiqləmə prosesini sürətləndirmək üçün aşağıdakı sənədləri əvvəlcədən hazırlamaq tövsiyə olunur:
  • Pasport, şəxsiyyət vəsiqəsi və ya ad, soyad, doğum tarixi, fotoşəkil və sənədi verən dövlət orqanının məlumatlarını əhatə edən digər bir dövlət sənədi.
  • Son 3 ay ərzində verilmiş kommunal ödəniş qəbzi və ya yaşayış ünvanını təsdiq edən digər sənəd.
  • Mərc etmək üçün nəzərdə tutulan vəsaitlərin mənbəyi haqqında məlumat.
  1. Mostbet qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmayanların (18 yaşdan aşağı) mərc oyunlarına qatılmasını məhdudlaşdırır.
  2. Şirkət, müştərinin qeydiyyatı, sonrakı şəxsiyyət təsdiqi prosedurları və şirkət xidmətlərindən istifadəsi zamanı əldə edilən bütün məlumatları emal edir və saxlayır.
  3. Əgər Müştəri Şəxsi Hesabın yaradılmasından və ya son mərcindən (hansı daha gecdirsə) etibarən 12 təqvim ayı ərzində mərc etmirsə, onun Şəxsi Hesabı qeyri-aktiv hesab olunur.
  4. Müştərinin hesabında müsbət balans varsa, Bukmeker Şirkəti, 12 aylıq müddətin bitməsinə ən azı 28 gün qalmış təsdiqlənmiş e-poçt və/və ya telefon nömrəsi vasitəsilə şəxsi hesabın qeyri-aktiv olacağı barədə bildiriş göndərir.
  5. Qeyri-aktiv hesabda müsbət balans olduğu halda, Bukmeker Şirkəti hesab qeyri-aktiv sayıldığı tarixdən başlayaraq hər ay 100 AZN (və ya hesab valyutası ilə ekvivalenti) saxlama haqqı tutacaq. Bu, hesab yenidən aktivləşdirilənə və ya balans sıfıra enənə qədər davam edəcək. Saxlama haqqı şəxsi hesabda qalan vəsaitdən artıq ola bilməz.
  6. Uduşlar və geri qaytarılmalı mərclər, istifadəçinin saytda son fəaliyyət tarixindən (bu Qaydaların 3.11-ci maddəsinə uyğun olaraq) etibarən 1 il ərzində ödəniş üçün keçərlidir. Belə uduşlar və geri qaytarılmalı mərclər, şəxsi hesabın qeyri-aktiv sayıldığı tarixdən 28 gün keçdikdən sonra, şirkətin balansına keçəcəkdir.

Təhlükəsizlik və Müştərinin Məsuliyyəti

  1. Müştəri, qeydiyyat zamanı aldığı parol, login və hesab nömrəsinin məxfiliyini qorumaq üçün özü cavabdehdir. Şirkətdə qeydə alınan bütün mərclər etibarlıdır. Mərcin ləğvi yalnız bu Qaydalar çərçivəsində mümkündür.
  2. Əgər Müştərinin login və ya parolu üçüncü şəxslərə məlum olarsa, o, dərhal Mostbet dəstək xidməti ilə əlaqə saxlamalı və hesabın və e-poçtun login və parolunu dəyişdirməlidir. Müştəri, vəsait çıxarışı və telefon nömrəsini dəyişdirmək üçün lazım olan kodları heç bir halda başqa şəxslərə açıqlamamalıdır.
  3. Qeydiyyatdan keçmiş Müştəri, yenidən yeni ad, e-poçt ünvanı və ya digər fərqli məlumatlarla qeydiyyatdan keçə bilməz. Bu, şirkətin qaydalarının pozulması hesab olunur və belə hallarda ciddi tədbirlər görülə bilər. Əgər təkrar qeydiyyat faktı təsdiqlənərsə (hətta yeni ad altında daxil olmaqla), digər şəxsin məlumatlarından istifadə edilməsi, etibarsız və ya saxtalaşdırılmış sənədlərin təqdim edilməsi və ya hər hansı digər aldadıcı fəaliyyət aşkar edilərsə, şirkət həmin hesabdan edilən bütün mərcləri etibarsız saymaq, hesabı bağlamaq və qanunla nəzərdə tutulmuş digər tədbirləri görmək hüququna malikdir.
  4. Müştəri, yoxlama prosedurundan keçməkdən imtina edərsə, proseduru gecikdirərsə və ya tələb olunan məlumatları və sənədləri təqdim etməzsə, şirkət onun mərclərini etibarsız elan etmək və hesabını bloklamaq hüququnu özündə saxlayır. Şirkət, şübhəli hesabı araşdırma müddətində bloklaya bilər. Bu müddət adətən 60 gün olsa da, işin mürəkkəbliyindən və əlavə araşdırmaya ehtiyacdan asılı olaraq, şirkətin mülahizəsinə əsasən daha uzun müddətə uzadıla bilər. Bu müddət ərzində Müştəri şirkətlə tam əməkdaşlıq etməli və tələb olunan bütün məlumatları vaxtında təqdim etməlidir.
  5. Şirkətin dəstək xidməti, müştərinin sorğusunu şirkətin məsələnin həlli üçün lazım olan ən qısa ağlabatan müddətdə nəzərdən keçirməyə çalışacaq. Mostbet öz mülahizələrinə əsasən, müştərinin məsələsinin həlli üçün tələb olunan müddəti müəyyən edir.
Yenilənib